«Azadlıq» blokunun liderlərinin ABŞ-ın yeni seçilmiş parlamentlə əməkdaşlığa hazır olması barədlə bəyanatının tənqidiindən sonra Amerikanın Bakıdakı səfiri Rino Harniş bu blokun liderlərilə görüşüb. Saat yarımdan çox çəkən görüş AXCP-nin qərargahında keçirilib.
Səfir Rino Harniş danışıqları məhsuldar adlandırıb və ölkəsinin Azərbaycanda demokratiyanı dəstəklədiyni bir daha bəyan edib.
«ABŞ-ın gələcəkdə Azərbaycanda demokratiyaya dəstək barədə düşüncələri barədə fikiirlərimi bölüşdüm. Onlar isə seçkilərin necə keçirilməsi ilə bağlı fikirlərini bölüşdü. Mən onlarla bundan sonra da əlaqələrimin davam etdirilməsini səbirsizliklə gözləyirəm».
AXCP sədri Əli Kərimli bildirib ki, görüş zamanı ABŞ Dövlət Departamentinin bəyanatları müzakirə edilib.Həmin bəyanatlarda ABŞ yeni parlamenti tanıyır və onunla işləyəcəyini bildirir.
Cənab Kərimlinin sözlərinə görə, danaşıqda ümumi razılıq əldə edilməyib və tərəflər öz mövqeyində qalıb.
Səfirin müxalifətin yeni parlamentin işində iştirakına dair tövsiyəsinə gəlincə, müxalifət liderləri diplomatın nəzərinə çatdırıb ki, seçkilərin total saxtalaşdırıldığı, müxalifətin cəmi 7 nümayəndəsinin qalib elan edildiyi bir şəraitdə parlamentə qatılmaq mənasızdır.
Səfir Rino Harniş Bakının Suraxanı rayonu ərazisində ABŞ Beynəlxalq İnkişaf Agentilyinin və PA şirkətinin dəstəyilə tikilən qazanxananın açılış mərasimindən sonra da jurnalistlərin çoxsaylı suallarına cavab verib. Sualların əksəriyyəti ABŞ Dövlət Departamentinin son bəyanatları ətrafında olub. Cənab Harniş AŞPA həmməruzəçilərinin ABŞ-ın demokratiyaya ikili münasibəti ilə bağlı bəyanatını çox pis hal adlandırıb.«Bu il ərzində ABŞ demokratiyaya dəstək məqsədilə bir çox işlər görüb və bununla fəxr edə bilər. Biz ATƏT və AŞ ilə də çox yaxından işləmişik. Bundan sonra da Azərbaycana demokratiiya və insan hquqları sahəsinə kömək baxımından işmiizi davam etdirəcəyik».
Səfir müxalitfətlə münasibətlərin indiki vəziyyəti ilə bağlı Amerikanın səsi radiosunun sualına da cavab verib. «ABŞ Azərbaycanda demokratiya və insan hüquqlarına dəstək məsələsində siyasətində davamlıdır. Elə hal olacaq ki, bəzən YAP, bəzən də Azadlıq bloku tərəfindən tənqid olunacağıq. Biz siyasi partiyalar və xalqın nümayəndələri ilə ünsiyyətmizi daim açıq saxlayacığıq».
Cənab Hrniş bir daha müxalifət liderləri görüşünə toxunub və bu mərhələdə hər hansı yenilik olmadığını bildirib. «Hələ danışıqalrımızda elə bir nəticə yoxdur. Onlar öz iradlarını mənimlə bölüşdülər. Mən də öz fikirlərimi dedim. Onların siyasi həyatda fəal iştirakını bundan sonra da görmək istərdim. Eyni zamanda, parlamentdə aldıqları mandatlardan istifadə etmələrinii görmək istərdlim. Ancaq qərarı özləri verməlidir».
Səfir ABŞ-ın Azəçrbaycanda demokratik dəyərlər uğrunda yorulmadan çalışdığını önə çəkib. «ABŞ-nın seçkilərin demokratikliyinin təminatına dair səyləri müəyyən nəticələr verib. Bəzi KİV-in obyektivliyi, toplaşma azadlığı sahəsində müəyyən irəliləyişin olması, seçkilərə 1500-dən çox namizədin qatılması, seçicilərin fəallağı və bəzi namizədlərin xalqın səsi ilə seçilməsi buna misaldır. Biz onu da vurğulamışıq ki, seçkilər benyəlxalq standartlara cavaab verməyib və bu məsələdə ATƏT-in mövqeyini dəstəkləyirik. Lazım olanda tənqidimizi də bildiririk. Demişik ki, adminstrativ resurslardan sui-istifadə halları geniş yer alıb, polisin gücündən yersiz istifadə olunub, o cümlədən 26 noyabrı mitineqinin dağıdılmasında".
ABŞ səfiri ilə görüşdən iki saat sonra isə AXCP sədri Əli Kərimli 26 noyabr mitinqində baş verənlərlə bağlı qaldırılmış cinayət işi üzrə Bakı şəhər prokurorluğuna çağırılıb. O dörd saatadək dindirildikdən sonra azad buraxılıb. Cənab Kərimli bildirib ki, istintaq 26 noyabr mitinqi ilə bağlı maraqlanıb.
Öz növbəsində, müstəntiq Aydın Əliyev AXCP sədrinin şahid qismində prokurorluğa dəvət edildiyini bildirib.
Onu da qeyd edim ki, beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti «Azadlıq» blokunun 26 noyabr mitinqində dinc nümayişçilərə qarşı zorakılığı pisləyib və Azərbaycan hökumətini zorakılıqda iştirak edənlərin hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb. Prokurorluq isə Cinayət Məcəlləsinin hakimiyyətin qanuni nümayəndəsinə tabe olmama və ictimai asyişin pozulması maddələri ilə cinayət işi başlayıb.