Azərbaycan prezientinin sərəncamları ilə fevralın 1-dən
sosial təminat, elm və elmi tədqiqiat, mədəniyyət, gənclər və idman sahəsində çalışanların, səhiyyə, təhsil işçilərinin əmək haqları 25 faiz artırılıb. Eyni zamanda, dövlət başçısı fevralın 1-dən yaşa görə pensiyaların baza hisəssinin və minimum əmək haqlarının 50 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.
Prezident həmçinin yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumluğuna görə, bir yaşadək uşağı olan aztəminatlı ailələrə, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlərin müxtəlfi məbləğlərdə artırılması barədə də sənəd imzalayıb.
Dövlət başçısı dünən Nazirlər Kabinetinin ilin yekyunlarına həsr olunmuş geniş iclasında çıxışında isə bir sıra vacib məqamlara toxunub, müxalifətin ünvanına tənqidlər söyləyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı 2007-ci ildə yüksək sürətlə inkişaf etməkdə davam edəcək. İlkin proqnozlara görə, ümumi daxili məhsul 25-30 faiz artacaq, orta əmək haqqı, minimum əmək haqqı qaldırılacaq, adambaşına düşən ümumi daxili məhsulun həcmi kəskin şəkildə artacaq, Azərbayjanda böyük infrastruktur layihələri həyata keçiriləcək.
Prezident Tarif Şurasının qiymətlərin artırılması ilə bağlı qərarına da toxunub. «Qiymətlərin qaldırılması qaçılmaz idi»-deyə o qeyd edib.
Dövlət başçısı müxalfiətin ünvanına da jiddi tənqidlər səsləndirib. «O ki, qaldı bundan sui-istifadə etmək istəyənlərə, bütövlükdə, müxalifətin siyasəti Azərbaycanda iflasa uğrayıb və bu, artıq ijtimai-siyasi həyatın amili deyildir. Yəni müxalifətin mövjudluğu bütövlükdə sual altındadır və bunun səbəbkarları biz deyilik. Bunun səbəbkarları özünü müxalifət adlandıran partiyaların naftalin qoxusu gələn liderləridir. Onlar 15 ildir bu partiyaların başında duraraq, faktik olaraq, o partiyaların inkişafına imkan vermirlər».
Dövlət başçısı həmçinin müxalifətdə olan şəxslərin xalqı günahlandırdığını dilə gətirib. «Gör, bunlarda vicdansızlıq hissləri nə qədər güclüdür ki, xalqı günahlandırırlar ki, onları dəstəkləmir, yaxud da Azərbaycan iqtidarı əleyhinə hərəkət etmir. Özlərinin bütün günahlarını, eybəcərliklərini xalqın üstünə yıxmaq istəyirlər ki, xalq passivdir. Azərbaycanda xalq passiv deyildir. Bütün bu görülən işlər Azərbaycan xalqının nailiyyətləridir».
Prezidentin tənqidləri müxalifəti heç də razı salmır. Müxalifət liderləri dövlət başçısının yoxsul əhaliyə qarşı mövqeyiinin düzgün olmadığını bəyan edir. Azərbayjan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli «Amerikanın səsi» radiosuna bildirib ki, əmək haqlarının və penisyanın baza hissəsinin qaldırılması qiymətlərlə ekvivalent deyil və əhalinin hamısını əhatə etmir.
O dövlət başçısının inzibati metodlarla süni qiymət artımının qarşısının alınması ilə bağıl fikirlərinin də əleyhinədir. AXCP sədri cənab Əliyevin müxalfitətin ünvanına tənqid və bəzən də təhqirlərə yol veridyinidən təəsüfləndiyini bildirib.
Müstəqil iqtisadiçılar isə hesab edir ki, əmək haqlarının və pensiyaların baza hissəsinin artırılması infilyasiyanı daha da dərinləşdirəcək. İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, dövlət sektorunda əmək haqlarının artırılması həm də özəl sektorda əmək haqlarının artırılmasına təsir edəcək. Bu isə öz növbəsində məhsulun maya dəyərinin və xidmətlərin qimyətlərinin artmasına gətirib çıxaracaq.
Cənab İbadoğlu da inzibati metodlarla qiymət artımının qarşısını almağın mümkünsüzlüyünü deyir. Onun fikrinjə, qiymətlərin qalxmasına qarşı çoxsaylı qüvvə sərf etmək mənasızdır.