Prezident İlham Əliyev 100 nəfər məhbusun əfv edilməsi hada fərman imzalayıb.
Sənədə əsasən 85 nəfər cəzanın qalan hissəsini çəkməkdən azad edilir. 9 nəfər azadlıqlarının məhdudlaşdırılmasından, daha 4 nəfər cərimə ödənişindən azad edilir. Bir nəfərin üzərindən şərti cəza götürülüb. Məhbus Kəramət Kərimov barəsində çıxarılmış ölüm hökmü 25 illik həbslə əvəz edilib.
Xatırladaq ki, K.Kərimov keçmiş baş nazir Surət Hüseynovun ən yaxın silahdaşlarından biri olub və 1994-cü ilin oktyabrında (Gəncə hadisələri) dövlət çevrilişinə cəhddə iştirakı ittihamı məhkum olunub.
Şərti cəzadan "Yeni Fikir" gənclər birliyinin sədr müavini Səid Nuri də azad edilib.
Əfv olunanlar arasında iki əfqan və bir vyetnamlı da var