Azərbaycan və erməni ziyalıları Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Slavyan universitetinin rektoru Kamal Abdulla, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digərləri Dağlıq Qarabağa və Ermənistana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransı qalmaqallı keçib. İlk öncə Qarabağ Azadlıq Təşiklatının fəalı, keçmiş döyüşçü səfiri və digərlərini kəskin ifadələrlə təhqir edib. Eyni zamanda, Kamal Abdulla da eyni sözlərlə döyüşçüyə cavab qaytarıb. Tədbirin sonunda isə Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıya çıxış üçün söz verilməyib. Hər iki şəxs polis tərəfindən zaldan çıxarılıb. Cənab Bülbüloğlu bildirib ki,səfəriəri dünən tezdən başlayıb. Onlar öncə Xankəndində Qarağağ ermənilərinin lideri Arkadi Qukasyanla görüşüb. Sonra isə Şuşaya baş çəkiblər. Səfir Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sülhə hazır olduğunu deyib. Azərbaycan ziyalıları Şuşada və Xankəndində insanlarla təmasda da olub. Nümayəndə heyəti Qarabağ ermənilərinin lideri ilə görüşdə ilkin olaraq Şuşadakı Yuxarı Gövhərağa məscidinin birgə təmiri ilə bardə razılaşıblar. Cənab Bülbüloğlu bundan sonra daha geniştərkibli nümayəndə heyətinin Dağlıq Qrabağa gedəcəyini də gizlətməyib. Slavyan universitetinin rektoru Kamal Abdulla səfər zamanı iki xalq arasında ünsiyyət nöqtələrinin araşıdırdıqlarını deyib. Çünki nə vaxtsa münaqişə başa çatcaq və onda bu lazım gələcək. Fərhad Bəçdəlbəyli isə Şuşanın dağılmış vəziyyətinə acıyıb və azərbaycanlılarsız bu şəhərin yaşaya bilmədiyini diqqətə çatdırıb. Yeri gəlmişkən bildirim ki, dünən axşam Azərbaycan və Ermənistan ziyalıları Bakıya gəlib. Onlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib.