Azərbaycan Ermənistanın işğalında olan ərazilərində PKK terrorçularının cəmləşdiyini bildirir

“Azərbaycan Ermənistanın işğalında olan ərazilərində PKK terrorçularının cəmləşməsi haqqında məlumatları ciddi qəbul edir. Azərbaycan milli maraqlarına yönəlmiş təhlükələrə qarşı mübarizə aparmaq gücündədir və bu məsələdə Azərbaycan dost ölkələrlə əməkdaşlıq edə bilər”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi brifinqdə bildirib. Azərbaycanın işğal altında olan ərazilərində PKK-a terrorçularının cəmləşməsi məsələsində müxalifət partiyaları da rəsmi Bakının mövqeyini dəstəkləyir və gecikmiş hesab edir. “Müsavat” partiyasının başqanı İsa Qəmbər müxalifətin PKK problemini daim iqtidarın qarşısında qaldırdığını deyir. O hesab edir ki, Azərbaycan PKK-ya qarşı mübarizədə Türkiyə və beynəlxalq birliyə müraciət etməlidir.