Azərbaycanda pensiyaların artımı davam edəcək

Yeni sığorta pensiya siseminə uyğun olaraq Azərbaycanda qeydiyyatda olan 1 milyon 126 432 pensiya işinin şərti çevrilməsi aparılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, ölkədə 187 304 xüsusi kateqoriyüalı pensiyaişi var və bu pensiyaları 210 359 nəfər alır. Fondun sədri bu ilin aprelindən 1 milyon 126 411 pensiya işinin artıma düşdüyünü və aylıq artım məbləğinin ümumilikdə beş milyon 970 min manat təşkil etdiyini vurğulayıb. Cənab Müslümov 2008-ci ilə qədər Azərbaycanda baza pensiyasının 61 dollara çatdırılacağını deyib. Onun fikrincə, bu ilkin yaşayış minimumuna bərabərdir. Hazırda 33 dollar təşkil edən baza pensiyasının növbəti dəfə 6 dollar həjmində qaldırılması oktyabrın 1-də nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda sayı 1 507 000 nəfər təşkil edən sosial sığorta ödəyicilərinin fərdi uçot sisteminə keçid prosesi bu ilin sonuna qədər tamamlanacaq. «İndiyədək 860,3 min nəfərin fərdi uçot şəhadətnaməsi hazırlanıb. Onun 844,7 -i çapa verilib. 240 min nəfər işçi şəhadətnamə alıb. Bu prosesin texniki təminatı üçün 1600 kompüter, eləcə də serverlər alınıb. Fondun 13 rayon və şəhər şöbəsinin inzibati binaları əsaslı təmir olunacaq, 24 bina tikiləcək»-deyə cənab Müslümov qeyd edib.