Azərbaycan parlamentində hökumətin hesabatı zamanı dava düşüb

Azərbaycan parlmentinin bu günki plenar iclasında hökumətin illik hasabatı zamanı deputatlar arasında dava düşüb. Millət vəkilləriəməlli başlı bir-birilə yumruq atıb və etikadan kənar söyüşlər işlədib. Baş nazir Artur Rasizadənin hesabıtndan sonra deputat Heseyn Abdullayev hökuməti kəskin tənqidə başlayıb. Bu MM sədrinin və bəzi deputatların etirazına səbəb olub. Ona cavab verən iqtidaryönümlü «Ana Vətən» partityasının sədri Fəzail Ağamalı isə Abdullayevin yumruq zərbələrilə yaxınlıqdakı stolun üstünə yıxılıb. Hadisədən dərhal sonra, Hüsyen Abdullayev etiraz kimi iclas zalını tərk edib. Fəzail Ağamalı cənab Abdulayevin ünavanına itihamedici fikirlər səsləndirib və məsuliyyətə cəlb edjilməsini tələb edib. MM sədri Oqtay Əsədov isə deputat barəsində ciddi ölçü götüprüləcəyini bildirib. Baş nazir Artur Rasizadəninin illik hesabatı çoxsaylı müsbət yönümlü rəqəmlərdən ibarətdir. O bildirib ki son üç ildə Azərbaycanda ÜDM 2,7 dəfə artıb. 2003-cü ilin oktyabrından 2006-cı ilin sonunadək 520 min yeni, o cümlədən 275 daimi iş yeri açılıb. Cənab Rasuzadənin sözlərinə görə, 2007-ci ilin əvvəlində Azərbaycanın valyuta ehtiyatları 3,9 mlrd. dollara, o cümlədən Milli Bankın ehtiyatları 2 mlrd. dollara, Neft Fondunun ehtiyatları 1,4 mlrd. dollara və Maliyyə Nazirliyinin ehtiyatları 0,5 mlrd. dollara çatıb. Baş nazirin çıxışını iqtidaryönümlü deputatlar təqdir etsə də müxalifətdə olan millət vəkilləri tənqid edib. Deputat Pənah Hüseyn hesab edir ki, hökumətin illik hesabatı formal xarakter daşıyır və reallığı əks etdirmir. Deputat hökumətin hesabatını sistemisiz rəqəmlər toplusu adlandırıb. Yeri gəlmişkən bildirim ki, son zamanlar iqtidardaxili münasibətlərdə sanki bir nizamsızlıq hiss edilməkdədir. Belə ki, sabiq səhiyyə naziri Əli İnsanovun məhəkəmədə iqtidarın əleyhinə çıxışlarından sonra, dünən YAP sədrinin müavini Sirus Təbrizli də kəskin münasibət bildirib. O Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi və YAP icra katibi Əli Əhmədovu tənqid edib. "Məhkəmənin qərarı olmadan Əli Əhmədovun Əli İnsanovu satqın və cinayətkar adlandırmağa nə hüququ var? Əli Əhmədov müxalif AMİP partiyasının üzvü olub. Bu insanlar indi hakimiyyətdədir və buna Ramiz Mehdiyev rəhbərlik edir. Mən Ramiz Mehdiyevi sevmirəm, çünki işıq yanmır, qaz yoxdur, iş yerləri açılmır və prezidentə yalan məlumatlar verilir". Cənab Təbrizlinin sözlərinə görə, Ramiz Mehdiyevin üsulu Azərbaycan torpaqlarında üzüm, pambıq əkmək, meyvə-tərəvəz yetişdirmək əvəzində Heydər Əliyevin heykəllərini yetişdirməkdən ibarətdir. «Xalqa müraciət edərək biz deyirik. Mehdiyevdən narazı olanlar çıxın bir gün etirazınızı bildirin. Qoy İlham Əliyev gözü ilə görsün ki, nə qədər narazı adam var. Ramiz Mehdiyev bilməlidir ki, heç bir hakimiyyət uzun müddət zora, yalana sığınacaq ola bilməz" - deyə cənab Təbrizli vurğulayıb. Deputat Elmira Axundova, Zahid Oruc, YAP icra katibinin müavini Səyavuş Novruzov isə sabiq səhiyyə naziri Əli İnsanovun, Sirus Təbrizlinin və bu gün deputat Hüseyn Abdullayevin çıxışlarının eyni zəncirin tərkib hissələri olduğunu bildirib.