Azərbaycanda internetdən istifadə qiymətləri çox bahadır

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Azərbaycanda internet xidmətlərinin beynəlxalq standartlardan xeyli geri qaldığını bildirir. Onun sözlərinə görə, ölkədə internet qiymətləri də çox bahadır. Bu qiymətlər qonşu Rusiya və Türkiyədən 20-30 dəfə bahadır.

Ekspert hesab edir ki, son günlər internetdən istifadə qiymətlərinin 25 faiz aşağı salınacağı ilə bağlı bəyanatlar da real deyil. “Azərbaycanda internet qiymətləri 25 faiz deyil, 25 dəfə ucuzlaşdırılmalıdır”.