Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, ölkədə ən çox dövlət orqanları korrupsiyalaşıb. Onun fikrincə, dövlət orqanlarından sonra ən çox koppupsiya halları məhkəmələrdədir. Ekspertin dediyinə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında da dövlət orqanları və məhkəmələr ən çox korrupsiyalaşmış orqanlar hesab edilib. “Əhalinin əksəriyyətinin ünsiyyətdə olduğu dövlət orqanları daha çox korrupsiyalaşıb. Bunlar ünvanlı sosial yardımlar, əlillik dərəcəsi verən orqanlar, səhiyyə şöbələri, yerli icra hakimiyyətləri orqanları, mənzil istismar sahələri və başqa təşkilatlardır”.