Azərbaycanda Novruz bayramı qeyd edilir

Şamaxı Rəsədxanasının məlumatına görə, Azərbaycana bahar martın 21-də yerli vaxtla saat 04.07 dəqiqədə qədəm qoyacaq. Bu gun bayaram axşamıdır. Ölkənin şimallı, gənublu, qərbli, şərqli bütün obalarında tonqallar çatılıb, el şənlikləri keçirilir. Elmi araşdırmalara görə, Novruz baharla yanaşı insanlığa və türklüyə bağlıdır. Azərbaycan Elmlər Akademiyasının Folklor institunun direktoru Hüseyn İsmayılov hesab edir ki, novruzun əsas atributu olan su, od, külək və hava anlayışı təbitələ deyil insanlıqla bağlıdır. İnanclardan öncədən danışan « Kitabi Dədə Qorqud» dastanı da Novruz deyimlərini özündə əks etdirir. Novruz bayramı Azərbaycanda həm də dövlət bayramıdır. Ölkə prezidenti İlham Əliyevbu gün paytaxt Bakıda «Qala Qapısı» qarşısında el şənliklərinə qatılıb. O ictimaiyyət qarşısında çıxışında dünyada yaşayan bütün azərbaycanlılara bayram sevincləri arzulayıb. Dövlət başçısı Ermənistan Azərbaycan münaqişəsinə də toxunub və cəbhə xəttində olan əsgərləri xüsusi təbrik edib. Onun fikrincə, Ermənitsan mnüaqişənin nizamlanamında vaxt udur. Novruz şənlikləri hələ bir neçə gün Azərbaycanı günc-günc, bucaq-bucaq fəth edəcək. Hər evə sevinc, əminamanlıq və şaqraq gülüş bəxş edəcək. Noruz şənliklərində Azərbaycan vətəndaşları ilə yanaşı, İranda, yəni Cənubi Azərbaycanda yaşayan minlərlə insan da qatılıb. Onlar yçün Bakıda, Azərbaycanın paytaxtında bayram qarşılamaq xüsusi önəm kəsb edir. Həmsöhbətlərimdən biri isə ötən il mayında mədəni hüquqlar uğrunda keçirilən mitinqlər zamanı İran rejimi tərəfindən həbs olunanlardandır. O Azərbaycan xalqının qədim mübarizə beşiyi olan Bakının «İçərişəhər» meydanında gözəl musiqi sədaları altında İranda həbsdə olan həmvətənlərinin bayramını təbrik edir. Abbas Lisani isə artıq Azərbaycan xalıqının mübarizlərin simvoluna çevrilib.