Bakıda NATO-nun Avroatlantik mərkəzi açılıb. Açılış mərasimində NATO baş katibinin müavini Jan Furne, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edib.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, mərkəz Azərbaycan və NATO-nun maraqlarına xidmət edəcək. Burada NATO və Avroatlantik məkanla bağlı çoxsaylı məlumatlar öyrənmək və müzakirələr aparmaq mümkündür.
Mədəniyyət və Turizmi naziri Əbülfəz Qarayev mərkəzi Azərbaycanla bağlı məlumatların NATO və Avroatlantik məkanına çatdırılmasında mühüm vasitə adlandırıb. O ümid edir ki, Azərbaycanın işğal altındakı mədəniyyət abidərəi ilə bağlı məlumatlar da NATO ölkələrinə çatıdrılacaq.
NATO Baş katibinin müavini Jan Furne mərkəzdə təhlükəsizliklə bağlı çoxsaylı ədəbiyyat, məlumatlar almağın mümkünlüyünü bildirib. Onun fikrincə, təhlükəsizlik kollektiv dəyərlər və ümumi prinsiplər daxilində inkişaf etdirilməlidir. «NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq Proqramının fəaliyyət planına uyğun olaraq Azərbaycan təqdirəlayiq siyasət yürüdür. Bu, əməkdaşlığın həm siyasi, həm də iqtisadi sahələrinə aiddir. Mən proqram çərçivəsində işlərin bütün detallarını aça bilmərəm. Ancaq qeyd edə bilərəm ki, Azərbaycan doğru yoldadır»-deyə o qeyd edib.