Azərbaycan Nabucco layihəsini dəstəkləyir

Azərbaycan Nabukko layihəsini həmişə dəstəkləmişdir və gələcəkdə də belə olacaqdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bunu Macarıstan paytaxtında Nabukko layihəsinə dair enerji sammitində çıxışında bildirib.

AzərTAc agentliyinin məlumatına görə, dövlət başçısı deyib ki, Bakıda keçirilən sammitdə də Azərbaycan öz mövqeyini bildirib, bu layihədə iştirak edən bütün tərəflər əməkdaşlığa hazırdır. “Azərbaycan təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri zəngin olan ölkədir. Bu layihə çərçivəsində yaxşı tərəfdaşlıq əlaqələrinin yaranacağına əminəm”-deyə cənab Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, birgə əməkdaşlıq nəticəsində bütün işlərin öhdəsindən gəlmək mümkündür. “Azərbaycan layihəyə tərəfdardır və çox sıx əməkdaşlıq etməyə razıdır”.