Azərbaycanda təhsil sahəsində nailiyyətlər və problemlər

Təhsil nazirliyində «2005-ci ildə təhsil sahəsində əldə edilmiş nailiyyətlər, mövcud problemlər və 2006-cı ildə qarşıda duran vəzifələr» mövzusunda geniş müzakirələr keçirilib. Müzakirələrdə təhsil işçiləri, Milli Məclisin deputatları, hökumətin məsul şəxsləri, KİV rəhbərləri, qeyri-hökumət təşukilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov təhsil sahəsində hazırda onlarla proqramın həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, təhsil sahəsinə 2003-cü illə müqaisədə ayrılan büdcə vəsaitləri iki dəfə artıb. Ancaq buna baxmayaraq çoxsaylı problemlər də qalmaqdadır. Nazir ilk növbədə diqqəti məktəbəqədər təhsil müəssisələrinə yönəldib. Cənab Mərdanovun dediyinə görə, hazırda ölkədə 110.081 uşağı əhatə edən 1761 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. «Son 15 ildə 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb. Ermənistanın işğal etdiyi ərazilərdə isə 242 məktəbəqədər təhsil müəssisəsi qalıb. Bununla yanaşı, 1683 qaçqın və məcburi köçkün ailəsi məktəbəqədər təhsil müəssisələrində məskunlaşıb». «Hazırda respublikada 4542 ümumtəhsil məktəbində 1,6 milyon şagirdin təlim-tərbiyəsi ilə 174 min pedaqoji işçi məşğul olur. Ümumtəhsil məktəblərinin 74 faizi 2-3 növbəli rejimlə işləyir». Nazirini sözlərinə görə, ölkədəki 4512 gündüz ümumtəhsil məktəbinin yalnız 1430-da tədris bir növbədə aparılır. Cənab Mərdanovun sözlərinə görə, hazıvrda ölkədə ümumtəhsil sahəsində 8 proqram həyata keiçrilir. Məruzədə məktəb tikintisi proqramına da geniş yer verilib. Nazir ümumtəhsil məktəblərinin əksəriyyətinin təmirə ehtiyacı olduğunu diqqətə çatdırıb. Eyni zanada, o bildirib ki, ölkə tarixində ilk dəfə 2005-ci ildə yüzlərlə məktəb tikilib və 2006-cı ildə məktəb tikintisi daha da geniş vüsət alacaq. Nazirin sözlərinə görə, 2005- ci ildə orta ümumtəhsil məktəbləri üçün dərsliklərin çapına 42 milyard manat vəsait ayrılıb və bütün məktəblərdə dərsliklər şagirdlərə pulsuz paylanıb. Misir Mərdanov dövlət proqramına uyğunq olaraq 2007-ci ilədək ölkənin bütün məktəblərinin komputerləşdirləcəyini və internetə qoşulacağını deyib. Nazir təhsil sahəsindəki çoxsaylı problemlərdən də danışıb. Onun sözlərinə görə, nazirlik problemləri öyrənib və bunun aradan qaldırılması üçün yeni proqramlar üzərində işləyir. Müzakirələrdə iştirak edən deputatlar, təhsil işçiləri, qeyri hökumət təşkilatları tədris və təhsilin idarə edilməsi sahəsində problemlərtn aradan qaldırılması üçün təkliflər irəli sürüb. Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, təhsilin və təhsil siyasətinin idarə edilməsi mərkəzləşdirilməlidir. Onun sözlərinə görə, təhsil büdcəsinin yalnız 18 faizini təhsil nazirliyi idarə edir, yerli təhsil şöbələrinin rəhbərlərini isə icra hakimiyyəti başçıları əyin edir. Cənab Ağayev bu məsələlərə yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb.