NATO və Azərbaycan Sovet Ordusundan qalmış raket yanacağını zərərsizləşdirir

NATO və Azərbaycan hökuməti Bakıdan 82 kilometr cənub-qərbdə yerləşən Ələt qəsəbəsində keçmiş SSRİ ordusunun atıb getdiyi raket yanacağının zərərsizləşdirilməsi proqramının icrasına başlayıb. Layihənin təqdimat mərasimində NATO Baş katibinin mavini Jan Furne və Azərbaycan baş nazirinin müavini Abid Şərifov iştirak edib. Cənab Şərifov bildirib ki, laiyhə üzərində 2004-cü ildən işlənməyə başlanıb. Onun sözlərinə görə, hazırda Ələt və Mingəçevir şəhərlərində keçmiş sovet ordusunun atıb getdiyi 1500 ton raket yanacağı var. Baş nazirin müavini layihənin bir ilə həyata keçiriləcəyini və raket yanacağının mineral kübrəyə çevriləcəyini bildirib. O Azərbaycan NATO əlaqələrindən də danışıb. Cənab Şəriofovun sözlərinə görə, Azərbaycn NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramının fəal üzvüdür və «Fərdi tərəfdaşlıq» Proqramını uğurla həyata keçirir. NATO baş katibinin müavini Jan Furne raket yanacağı olan milanjın məhvilayihəsini NATO ilə Azərbaycan arasındakı ən ciddi proqram adlandırıb. Proqram müxtəlif ölkələrin ekspertlərinin və NATO qurumlarının Azərbaycan mütəxəsisləri ilə birgə işləməsinə şərait yaradıb. «Layihənin həyata keçirilməsi üçün NATO 2 milyon 200 min yevro, Azərbaycan hökuməti isə 500 min yevro xərcləyəcək. Əsas cəhət odur ki, burada müxtəlif tərəfldaş ölkələrin alimləri və ekspertləri birgə işləyib. ABŞ, Türkiyə, Almaniya, Polşa və Azərbaycan alimləri səylərini birləşdirib. Birgə layihə həm də təhlükəsizlik proqramının tərkib hissəsi kimi başa düşülməlidir. Bu gösətrir ki, biz birgə daha böyük layihələri hazırlayıb icra edə bilərik». Cənab Furne Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə təhdidlərdən danışarkən bildirib ki, burada terrorizmə, silah qaçaqmalçılığına, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq lazımdır. «Azərbaycan hökuməti də eyni düşünür. Bölgədə təhlükəsizliyin təminatı üçün terrorizmə, silah qaçaqmalçılığına, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə layiyhələr həyata keçirilməlidir». NATO-nun Təchizat və Təminat idarəsinin təmsilçisi Bülənt Tudeş isə raket yanacağının vaxtının ötdüyünü və region üçün böyük təhlükəyə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yanacağın saxlandığı çənlər erroziyaya uğrayıb. Yeri gəlmişkən bildirək ki, NATO Azərbaycanın Akstafa rayonu ərazisində Saloğlu sursat anbarında keçmiş Sovet ordusunun buraxıb getdiyi döyüş surstlarının zərərsizləşdirilməsi layihəsinin maliyyələşdirliməsində də iştirak edir. Sovet Ordusu 1992-ci ildə bu anbarda on minlərlə döyüş sursatını yanğından sonra nəzarətsiz qoyaraq gedib.