Azərbaycan rəsmisi jurnalistlərin əfv olunacağını istisna etmir

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-syiasi şöbəsinin müdiri Əli Həsənov «Siyasi partiyalar haqqında» yeni qanun layihəsi hazırlandığını bildirib. Onun fikrincə, qanun 1992-ci ildə qəbul edilib və yeni konstitusiya ilə uzlaşdırılmalıdır. Cənab Həsənovun sözlərinə görə, yeni qanun qəbul edildikdən sonra siyasi partiyalar yenidən dövlət qeydiyyatından keçməli olacaq. O siyasi partiyaların xarici mənbələrdən maliyyələşməsinin qarşısını almağın da zəruri olduğunu bildirib. Şöbə müdiri Rusiyada və Azərbaycanda jurnalistin qətlinin oxşar olması ilə bağlı ATƏT ekspertinin fikirlərini də şərh edib. Onun qənaətincə, bu qətllər arasında eynilik axtarmaq əbəsdir. Cənağ Həsənov Milli Teleradio Şurasının yerli teleradioları qərb teleradiolarının proqramlarının yayımını dayandırmaları barədə xəbərdarlığını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu xarici mətbuata təzyiq kimi başa düşülməməlidir. Şöbə müdiri həbsdə olan jurnalistlərin əfvinin gündəlikdə olduğunu bildirib. O Azərbaycanda jurnalistlərin heç vaxt uzun müddət həbsdə saxlanmadığını deyib.