Azərbaycanda jurnalistlər mətbuata təzyiqlərə etiraz edir

Jurnalistlər Bakıda satirik Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəli önündə «Məbuata azadlıq!» şüarı altında icazəysiz piket keçirib. Polisə xəbər yalnız piket qurtardıqdan sonra çatıb. Belə ki, mətbuat işçiləri toppaşmaq üçün Bakı şəhər icra hakimiyyətinə dəfələrələ müraciət etməsinə baxmayaraq aksiya keçirilməsinə icazə verilməyib.

Bu dəfə jurnalistlər başqa yol seçib. Qəzetlərdə piketin BP-i şirkətinin ofisi önündə keçiriləcəyi ilə bağlı aldadıcı məlumat dərc edilib. Polis şirkətin binasının ətrafını nəzarətə götürüb. Jurnalistlər isə heç bir müqavimətlə rastlaşmadan Sabir bağınlda toplaşıb. Amma, aksiya xətasız da sovuşmayıb.

Tədbiri başa çatdırmış insanlarla dartışmada bir neçə jurnalist zərər çəkib. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid etiarz aksiyasının söz azadlığının boğlumasına qarşı keçirildiyini bildirib. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə etirazların davamlı olacağını deyib.

Onu da qeyd edim ki, Rauf Arifoğlu da daxil olmaqla üç jurnalist polis tərəfindən bir saatadək saxlandıqdan sonra azad buraxılıb. Səbael rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi Həsən Abdullayev «Amerikanın səsi» radiosuna bildirib ki, cənab Arifoğlu bir daha icazəsiz aksiyaya qatılarsa barəsində daha ciddi cəza seçiləcək.