"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin naməlum şəxslər tərəfindən oğurlanaraq vəhşicəsinə döyülməsi yerli və benyəlxalq təşiklatalırın etirazına səbəb olub.Çoxsaylı jurnalist təşkilatları, diplomatik missiyalar, qeyri-hökumət təşkilatları jurnalistin döyülməsini pisləyir və hökuməti cinayətkarların tutularaq cəzalandırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.
ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik bildirib ki, Amerika B7Həziyevə qarşı baş verənlərdən narahatıq keçirir və polis təhqiqatı nəticəsində günahkarların aşkar olunacağını gözləyir. "Biz jurnalistlərə hücum faktlarından narahatıq. Çünki mətbuatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanın demokratik inkişafına zərbə vurur" -deyə cənab Henik vurğulayıb
«Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir ki, Bahəddin Həziyevin həyatına sui-qəsd Azərbaycanda son üç ayda jurnalistin qətlinə ikinci cəhddir. "Hər iki halda eyni zorakılıq metodundan istifdə olunub: jurnalist naməlum kriminal qrup tərəfindən oğurlanaraq huşunu itirənə kimi döyülüb və ölmək üçün atılıb. Bu qanqsterlər kimlərdir? Onlar kimə işləyir? Nə üçün hakimiyyət belə qəddar aksiyaların müəlliflərini heç zaman aşkar edə bilmir?"- deyə sual olunur.
Təşkilat hesab edir ki, Azərbaycan hökuməti baş verənləri araşdırmalı və sübut etməlidir ki, doğrudan da jurnalistlərə qarşı belə zorakılığa son qoymaq istəyir. «Müxalifyönlü siyasətçilər B.Həziyevin oğurlanmasını dövlət terroru sayır və hakimyyəti bu cinayətə bağlılıqda ittiham edir. Eyni zamanda, hakimiyyət martın 5-də digər müxalifətçi jurnalist Fikrət Hüseynliyə sui-qəsd faktını araşdırmayıb, "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qatillərini aşkar etməyib».
Bu gün Redaktorlar Birliyinin təşəbbüsü ilə problemə həsr olunmuş dəyirmi masa da keçirilib. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, jurnalistlər üzərində zorakılıq təhlükəli tendensiyaya çevrilib və törədilən cinayətlərin açılmaması belə zorakılığın davam etməsinə rəvac verir.
Mətbuat Şurasının üzvü Zeynal Məmmədli ilk öncə jurnalistlərə qarşı təzyiqlərin səbəbəlrinin araşdırılmasını vacib sayır. Onun fikrincə, demokratiyanının və söz azadlığının səviyyəsini inkişaf etdirmək üçün ictimaiyyətin müqavimət gücünü artırmaq lazımdır.
AXCP sədri Əli Kərimli hesab edir ki, son zamanlar jurnalistlərə qarşı fiziki təzyiqlər seçkidən sonra cəmyiyyətdə yaranan boşluğu aradan qaldırmağa xidmət edir. Onun fikrincə, hakmiyyət irticanın qalib olmasından diqqəti yayındırır.
Bahəddin Həziyevə Amerikanın səsəi radiosuna kəskin ağırların indi də qaldığını deyib. O fiziki zorakılığın sifariş əsasında verildiyini bildirib. Baş redaktordan kiminsə arvad-uşağı bardə yazını da sorğu-sual ediblər.
Təhqiramiz məqamlardan biri də, jurnalistə mənəvi təzyiqlərin edilməsidir.
Xəstəxananın cərrahi-reanimasiya şöbəsinin müdiri Vaqif Rəhimovun Amerikanın səsi radiosuna dediiynə görə, jurnalist şokdan çıxsa da, səhhəti ağır olaraq qalır. O baş redaktorun müalicəsinin aylarla davam edəcəyini deyib.
Abşeron rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Seymur Səfərov Amerikanın səsi radiosuna itsintaqın aramsız olaraq davam etdirildiyini bildirib. Onun sözlərinə görə, məhkəmə-tibbi ekspertizası, hadisə yerinə baxış keçirilib.
Cənab Səfərov cinayətin açılacağına ümidlidir. Bölmə rəisi yaxın zamanda istintaqda yenilik olacağını bildirib.