Azərbaycan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşıb 

Azərbaycan Milli Məclisi 84 səs lehinə olmaqla Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təyin edib. Qanunvericiliyə görə MSK 18 üzvdən ibarətdir. Qurumun 6 üzvünü parlament çoxluğu, 6 üzvünü müstəqil deputatlar, 6 üzvünü parlament azlığı formalaşdırır. MSK-da iclasların keçirilməsi üçün 13 üzvün iştirakı yetərlidir. Milli Məlcis də seçki komissiyasının hələlik 13 üzvünü təyin edib. Yeni üzvülərin 6-sı parlament çoxluğu olan YAP-nın, 5 nəfəri müstəqil deputatların və 2 nəfəri paralment azlığının namizədləridir. Qeyd edək ki, bir çox müxalifət partiyaları MSK-nın paritet əsasda formalaşdırılmasını tələb edir və bu səbəbdən namizədlərini irəli sürməyib. MM sədri Oqtay Əsədov bildirib ki, MSK-nın digər üzvləri bu ilin mayında keçiriləcək təkrar seçkilərdən sonra formalaşdırılacaq. Müzakirələr sakit şəraitdə keçib. Müxalif fikri isə Ümid partiyasının sədri İqbal Ağazadə səsləndirib. Onun fikrincə, MSK-nın ən azı 6 üzvünün namizədliyi müxalifət tərəfindən irəli sürülməli idi. Bu ilin mayında 10 seçki dairəsi üzrə təkrar seçkilər keçiriləcək və MSK-da azlığı təmsil edən üzvlər və katib olmayacaq. Qanunvericilikdə isə MSK-nın azlığı və çoxluğu təsmil edən katibləri ilə bağlı birbaşa normalar var. MSK-nın bitərəfləri təmsil edən katibi Natiq Məmmədov burada problem görmür. MSK-ya namizədlərini irəli sürməkdən imtina emtiş müxalifət partiyaları qurumun yeni tərkibini təkrar seçiləri saxtalaşdarmaq yolunda atılmış addım kimi qiymətləndirir. AXCP sədri Əli Kərimli MSK-a beynəlxalq təşkilatların tövsiələrinə uyğun paritet əsasda qurulmayınca namizədlərini irəli sürməyəcəyini deyib.