Azərbaycan manatının yeni niaşanlarının təqdimat mərasimi olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.
Yeni pul niaşanları 2006-cı il yanvarın 1-dən dövriyyəyə buraxılacaq və köhnə nişanlı manat bir il dövriyyədə olacaq. Yeni pul niaşanının köhnə manata nisbəti 5000:1–ə nisbətindədir. Yeni buraxılan manat 6 nominalda -1, 5, 10, 20, 50 və 100 manatlıq olacaq. Manatla yanaşı 1, 3, 5, 10, 20, 50-lik sikkələr də dövriyəyə buraxılacaq.
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yeni pul nişanlarının kağızını İsveçrə frankının kağızını istehsal edən şirkət, dizaynını isə Avronun dizaynını verən hazırlayıb.
O bildirib ki, manatın mühafizə səviyyəsi avronun mühafizə səviyyəsinə bərabərdir. "Yeni pul nişanlarının 4 qrupa bölünmüş 30 mühafizəsi var".
Prezident İlham Əliyev bildirib ki, yeni pul niaşanları on illərlə Azərbaycan xalqına xidmət edəcək.
Prezident ölkədə makroiqtisadi sabitliyin davam etməsini mühüm adlandırıb. "Bu ilin əvvəlində infliyasiya 15 faizə çatmışdı. Lakin təxirəsalınmaz tədbirlər nəticəsində onun qarşısı alındı. Hazırda infliyasiya 9,8 faiz təşkil edir. Milli Bankın təcrübəsi sübut edir ki, makroiqtisadi sabitlik gələcək illərdə də davam edəcək".
Prezident İlham Əliyev tədbirdən sonra jurnalistlərin suallarına da cavab verib. O ilk öncə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ətrafında aparılan danışıqlar prosesinə toxunub. Prezidentin sözlərinə görə, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər və bundan kənarda danışıqlar mövcud deyil.
Dövlət başçısı 2005-ci ildə danışıqlar prossesində müsbət hadisələrin baş verdiyini də diqqətə çatdırıb.
Cənab Əliyev Azərbaycanın münaqişədə zərər çəkən tərəf olduğunu və güzəştə gedəcəyi bir şeyi olmadığını bildirib. Onun sözlərinə görə, kompromislər deyəndə bölgədə yaşayan xalqların təhlükəsiziliyindən söhbət gedə bilər.
Dövlət başçısının fikrincə, danışıqlarda müsbət meyllərin yaranmasına səbəb olan cəhətlərdən biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin uğurla yerinə yetirilməsidir.
Rezident ölkədə aparılan kadr islahatlarına da münasibət bildirib. O bunu təbii prsoses adlandırıb.