Azərbaycan Milli Bankının açıq bazarda əməliyyatları aktivləşib. Dövriyyədə onların həcmi 21% artaraq 38 mln manata çatıb. Dövlət Qısamüddəti İstiqrazlar bazarında da eyni vəziyyət müşahidə edilir. Bu barədə Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən pul bazası 6,7%, pul kütləsi isə 7% artıb. Ancaq buna baxmayaraq inflyasiya cəmi 4,6 faiz təşkil edib.
Milli Bankın rəhbəri ölkənin valyuta ehtiyatlarının da xeyli artdığını deyib.
O manatın aktivliyinin davam etməsinə baxmayaraq maliyyə və bank sektorunda sabitlik oldğunu diqqətə çatdırıb.
Bu il Azərbaycanda köhnə banknotların yeniləri ilə əvəzlənməsinə başlanıb. Milli Bankın rəhəbri artıq köhnə banknotların 20 faizinin yeniləri ilə vəzələndiyini bildirib və gələn həftədən yeni 50 və 100 manatlıq əskinaslar dövriyyəyə buraxılıcaq.
Müxalifətdə olan "Azadlıq" siyasi blokunun bu gün keçirdiyi konrans isə daha çox tənqidi notlar üzərində qurulub. "Azərbaycanda sahibkarlığın problemləri" mövzusuna həsr edilmiş tədbirdə siyasi partiyaların, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
AXCP sədri Əli Kərimli bildirib ki, ölkədə orta təbəqə formalaşmayıb, məşğulluq təmin edilməyib. Onun fikrincə, korrupsiya, monopolizm və icra hakimiyyətinə tabe olan məhkəmə sistemi sahibkarlığın inkişafına mane olur.
Cənab Kərimli hesab edir ki, sahibkarların özləri də hüquqlarının müdafiəsinə qalxmalıdır və ictimaiyyət qarşısında fəaliyyətlərinin şəffaflığını açıqlamalıdır.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət hesab edir ki, kapitalın siyasətə tabe olması sahibkarlığın inkişafına mane olan başlıca amildir.
Demokrat partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə vəziffətdən çıxışı ölkənin istehsal potensialının artırılmasında görür. Onun baxışına görə, xammal istehsal edən ölkədən böyük inkişaf gözləmək əbəsdir.