Bakıda səfərdə olan Kaliforniyadakı Berkli
Universitetinin Kompüter Mühəndisliyi Kafedrasının rəhbəri, əslən Azərbaycandan
olan professor Lütfi Zadəyə Azərbaycan Milli Elmlər Akademiyasının diplomu verilib
.
Cənab Zadə Milli Elmlər Akademiyasında akademiklər və elmi ictimaiyyət qarşısında qeyri səlis məntiqlə bağlı elmi məruzə ilə çıxış edib. “1972-ci ildə mənin Fransada süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı ilk çıxışım oldu. Bu çıxış çoxsaylı tənqidlərlə qarşılandı. Hətta mənim tələbəm olmuş alim də əleyhimə çıxdı. Ancaq zaman keçdikcə bu nəzəriyyə elmdə yerini aldı”.
O həmçinin Azərbaycanda elmin inkişafda olduğunu deyib. “Dünyanın bir çox nüfuzlu elmi auditoriyaları ilə əməkdaşlıq edirəm. Azərbaycanda elmin indiki inkişaf səviyyəsi bu auditoriyalar ilə yarışa bilər. Çünki ölkədə intellektual səviyyəni insanların mənafeyinə xidmətə yönəldirsiniz”
Lütfi Zadə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəvəti ilə Bakıya gəlib. O, Bakıda “Bakutel - 2008” beynəlxalq telekommunikasiya sərgi və konfransında iştirak edir. Professor Bakıda təhsil aldığı orta məktəbdə də olacaq.
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoymuş Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olub. 1944-cü ildə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirir və həmin vaxtdan 1959-cu ilədək ABŞ-ın Massaçusi Texnologiya Universitetinin çalışır. Magistr, elmlər doktoru, professor dərəcəsini alandan sonra Lütfi Zadə Kolumbiya Universitetində işləyib. 1959-cu ildən bu günə kimi görkəmli alim Lütfi Zadə Kaliforniyanın Berkli Universitetində elmi fəaliyyətlə məşğuldur.