Azərbaycanda bank sektorunda problemlər var

Deputat Vahid Əhmədov ölkədə bank sektorunda problemlərin müşahidə edildiyini bildirir. Onun sözlərinə görə, bankların kreditlərini qaytarmaq məsələsində çətinliklər var.
Deputat hesab edir ki, Neft Fondunun xarici banklarda saxlanan pullarının bir hissəsi ölkəyə qaytarılmalı və kredit verilməsi genişləndirilməlidir.
Cənab Əhmədov eyni zamanda ölkədə ərzaq bolluğu yarandığını vurğulayıb. “Bununla yanaşı ərzaq məhsullarının qiymətləri aşağı düşmür”-deyə o qeyd edib.