ATƏT-in sədri Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasını müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, Belçika xarici işlər naziri Karel de Quxt Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Hər iki görüşdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsi olub. Xarici İşlər naziri Elmap Məmmədyarov bildirib ki, Bakı Fransa prezidentinin fevralın 10-11-də Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə dair təklifini dəstəkləyib. Onun sözlərinə görə, dövlət başçılarının görüşündə münaqişənin nizamlanması ilə bağlı hər hansı sənəd imzalanmayacaq. Cənаb Məmmədyarov prezidentlərin görüşündən öncə fevralın 1-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana gələcəyini bildirib. Xarici İşlər naziri süallara cavabda Rusiya Müdaifə nazirinin bu ölkənin hərbçilərinin iştirakı ilə münaqişə zonasında sülhyaratma qüvvələrinin yerləşdirilməsi mümkünlüyü ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, sülhyaratma əməlyatlarında Minsk Qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyanın hərbçilərinin iştirak etməməsi ilə bağlı razılıq var. Kapel de Quxt bildirib ki, Ermənistan və Azərbaycanın münaqişəni nizamlamaq üçün siyasi niyyəti var. «Lakin nailiyyət üçün siyasi niyyət kifayət deyil. Ümid edirik ki, prezidentlərin Paris görüşü zamanı irəliləyiş ola bilər. Çünki münaqişənin həlli bölgə üçün bütün istiqamətlərdə, xüsusiələ də iqtisadi inkişaf baxımından mühüm elementdir. Əgər dövlət başçıları nizamlanmanın prinsiplərinə dair razılaşma əldə etsə ATƏT müqavilənin hazırlanmasına, sülhməramlı qüvvələrin formalaşmasına, sərhədlərin açılmasına və dağıdılmış infrarstrukturun bərpasına yardım etməyə hazırdır». ATƏT -in sədri Dağlıq Qarabağınq azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla da görüşüb. Görüşdə Nizami Bəhmənov Ermənisitanın işğalında olan ərazilərdə gizli həbsxanaların saxlanması barədə məlumat verib. Cənab Bəhmənov eyni zamanda Dağlıq Qarabağda yaşayan insanlar arasında referendum keçirilməsi ilə bağlı məsələnin müzakirə olunmadığını deyib.