Azərbaycanda qiymətlərin artırılması istehlakçıları narahat edir

Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda əsas neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin kəskin artırılması istehlakçıların ciddi narazılığı ilə qarşılanıb. Onun sözlərinə görə, hökumət qabaqcadan əhalini xəbərdar etməyib və veriləcək kompensasiyalar qiymət artımına uyğun deyil. Cənab Hüsyenov hesab edir ki, qiymət artımı ölkədə əkinçiliyin heyvandarlıqla əvəzlənməsinə səbəb olacaq. O korrupsiyanın və inhisarçılığın geniş yayıldığını və bazarı idarə etdiyini deyib. «Azərbaycan bazarındakı mövcud xaotiklik ölkə iqtisadiyyatının aydın güzgüsüdür».