Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi
tərəfindən həyata keçirilən əməliyyat
tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən 50
kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb. Bu
barədə MTN-in ictimai əlaqələr mərkəzi məlumat yayıb.
Bu il fevralın 9-da faktla bağlı üç Azərbaycan vətəndaşı, habelə hazırda
şəxsiyyəti istintaqda araşdırılan İran
vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli
miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli
yolla keçirərək İrandan Azərbaycan ərazisinə gətirib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə
əməliyyat-axtarış tədbirləri davam etdirilir.