Sülh və münaqitşlər həlli mərkəzinin direktoru Elxan Mehdiyev ABŞ-ın İrana hərbi müdaxiləsini real saymır. O hesab edir ki, İran prezidentinin BMT Təhlükəsizlik Şurasında iştirakına ABŞ-ın viza verməsi münasibətlərdə dəyişikliklərin olacağına güman yaradır. Konfliktoloqun qənaətinə görə, İran prezidentinin Təhlükəsizlik Şurasındakı çıxışı konfrantasiya mövqeyinin dəyişiləcəyinə işarədir.