Azərbaycan İranda yaşayan azərbaycanlıların dinc nümayişinə güc tətbiqini pisləyir

Azərbaycanlıların "İran" qəzetində təhqirinə və rəsmi Tehranın milli aryı-seçkilik siyasətinə etiraz olaraq Təbriz şəhərində keçirilən kütləvi etirraz aksiyanın gülləbaran edilməsi Azərbaycanda geniş narazılıqlar doğurub. Ölkə mətbuatınında hadisə ilə bağlı çoxsaylı məqalələr, məlumatlar dərc olunub. İctimaiyyət, ziyalılar, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, Güney Azərbaycanda yaşayan insanların hüquq və azadlıqlarını müdaifə edən çoxsaylı qurumlar etiraz bəyantaları ilə çıxış edib. Təbrizdə və digər azərbaycan şəhərlərində insanlara qarşı zor tətbiq edilməsinə Azərbaycan Respublikasının Milli Məclisinin bu günki plenar iclasında deputatlar da etiraz edib. Millət vəkilləri Azərbaycan hökumətindən və parlamentindən İranda azərbaycanlılara qarşı kütləvi zorakılıqlara etiraz bildirməyi tələb edib. Deputat İqbal Ağazadənin fikrincə, insan huquqlarının müdafiəsi hər hansı dövlətin daxili işinə qarışılması kimi başa düşülməməlidir. Azərbaycanın İrandakı sabiq səfiri, deputat Nəsibli Nəsibli müxalfiətdə olan Müsavat partiyasının deputat qrupu adından hökumətdən İranda azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq faktlarının beynəlxalq təşkilatlarda müzakirəsini təklif etməyi tələb edib. Deputat Qüdrət Həsənquliyev azərbaycanlıların təhqirə və zoraklığa məruz qalmasını pisləyib. Onun fikrincə, Azərbaycan Respublikası İranı öz konstiutsiyasına əməl etməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırmalıdır. Millət vəkili Səyavuş Novruzov deputatları İranda baş verən hadisələrə ehtiyatla yanaşmağa çağırıb. Eyni zamanda, o İranın Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı dəstəkləməsinə etiraz eldilməsini vacib sayır. Rəsmi Tehranın dinc nümayişi gülləbaran etməsinə etiraz olaraq İranın Bakıdakı səfirliyi qarşısında da aksiya keçirilib. Onlarla insanın iştirak etdiyiyi aksiyada İranın bayrağı yandırılıb və İran prezidentinin faşist emblemi üzərinə çəkilmiş şəkilləri qaldırılıb. Polis etiarzçıları səfirliyin qarşısından uzaqlaşdırıb və 4 nəfər saxlanıb. Piketin qətnaməsində İrandakı molla rejiminin anti-demokratik hərəkəti nifrətlə qınanılır, dünya ictimaiyyəti Azərbaycan xalqının demokratik mübarizəsinə dəstək verməyə çağrılır.