Azərbaycanlıların təhqirinə qarşı etirazlar davam edir

İran» qəzetində azərbaycanlıların təhqirinə etirazla bağlı dinc aksiyaya qarşı İran hakimiyyətinin güc tətbiq etməsi ictimai narazılıqları artırıb. Bu gün də Bakıda Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının müdaifəsi ilə çoxsaylı tədbirlər keçirilib. Ölkədəki siyasi partiyalar, hüquq-müdafiə təşkilatları, ictimai qurumlar bəyantlarla çıxış edib. Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Hərəkatını Müdafiə Komitəsi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı təmsilçiləri isə beynəlxlaq qurumları, dünyanın aparıcı dövlətlərini azərbaycanlıların milli mübarizəsinə biganə qalmamağa və onları dəstəkləməyə çağırıb. Təşkilatın nümayəndələri İranda azərbaycanlıların etiraz nümayişlərinin davam edəcəyini bildirib. Onların sözlrəinə görə, mayın 28-də Tehranda İran parlamenti qarşısında çoxminli aksiya keçiriləcək. İranın Bakıdakı səfiri Əfşar Süleymani bu gün keçirdiyi mətbuat konfransında «İran» qəzetində çap olunan karikatura və yazını bir nəfərin səhvi adlandırıb. Cənab Sülyemani azərbaycanlıların etirazını düzgün addım kimi qiymətləndirib. Onun sözlərinə görə, məsələyə parlamentin sədri də münasibət bildirib. Səfir Təbrizdə keçirilən aksiyada xarici əllərin olduğunu və xaricdən öyrədilmiş adamların hüquq-mühafizə ornaları tərəfindən saxlandığını deyib . Onun sözlərinə görə, buna oxşar hadisələr bir müddət əvvəl İranın cənubunda - Xuzistanda da baş verib. Cənab Sülyemani Təbrizdə insanlara qarşı atəş açılması və onların qətlə yetirilməsi ilə bağlı məlumatları təkzib edib. Bakıdakı İran səfirliyi qarşısında dünəndən başlayaraq etiraz aksiyaları keçirilir. Bu gun isə qrup gənc piket keçirib. Piketçilər İranda azərbaycanlılara qarşı repressiyalara son qoyulmasını tələb edib. Aksiyada Tehran rejimini pisləyən plakatlar qaldırıb.