İranın Evin həbsxanasında hazırda 9 azərbaycanlı ziyalı saxlanır

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli bildirir ki, İranda həbs edilən 20 azərbaycanlı ziyalıdan 11 həbsdən azad edilib. 9 nəfər isə Tehranın məşhur Evin həbsxanasında təzyiqlər altında saxlanır.

O beynəlxalq təşkilatların Azərbaycan ziyalılarının həbsi ilə bağlı bəyanatlar verdiyini deyib. “Bu bəyanatlar İran hökumətinə təsir üçün bəs etmir”.

Cənab Amanbəyli dünyadakı Azərbaycan diaspor təşkilatlarının İranın hərəkətlərinə etiraz tədbirləri keçirdiyini bildirib.