Azərbaycan Milli İstiqlal Partiyasınını fəalları «İranda yaşayan azərbaycanlılara ana dilində təhsil» şüarı ilə İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb və 8 fəal saxlanıb.
Piketin qətnaməsində İranda Azərbaycan dilində təhsilə şərait yaradılması, azərbaycanlı əhalinin sıxışdırılmasına son qoyulması, həbs edilən milli hərəkat fəallarının azad edilməsi tələb edilir.
AMİP-in baş katibi Fuad Muxtarov beynəlxalq təşiklatları İranda yaşayan azərbaycanlıların milli hüquqları uğrunda mübarizəsini tanımağa çağırıb. O ABŞ Dövlət Deparamtentinin İranda yaşayan azərbaycanlıların və digər azlıqların hüquqlarının dəstəklənməsi ilə bağlı bəyanatını bu istiqamətdə ilk ciddi sənəd adlanıdırıb.