Azərbaycanın baş nazirinin keçmiş müavini 2007-ci ildə infilyasiyanın iki rəqəmli olacağını bildirir

Azərbaycan baş nazirinin keçmiş müavini Vahid Əhmədov ölkədə əsas enerji daşıyıcılarının və kommunal xidmətlərin kəskin artımının çoxsaylı iqtisadi və sosial fəsadlar yaratdığını bildirib. Onun sözlərinə görə, hökumət təcili olaraq pensiya və əmək haqlarının baza hissəsini artırmalıdır. Cənab Əhmədov eyni zamanda, əmək haqlarının və pensiyaların artımının infilyasiya yaradacağını deyib. O həmçinin əhalinin zəif təbəqəsinin yeni qiymətlərlə elektrik enerjisinin və kommunal xidmətlərin haqqını ödəmək iqtidarında olmadığını diqqətə çatdırıb.