Rusiya prezidenti Azərbaycana iki günlük səfərə gəlib

Rusiya prezidenti Vladimir Putin Azərbaycanda Rusiya İlinin açılış mərasimində iştirak etmək üçün Rusiya Bakıya işgüzar səfərə gəlib. Azərbaycan və Rusiya prezidentləri ilk öncə bu gün Bakıda açılan RF Milli sərgisində olublar. Sərgi «Rusiya-Azərbaycan: Strateji partnyorluq» devizi altıvnda keçirilir və Rusiyanın 26 regionundan 200-dən çox şirkətin məhsulu çıxarılıb. Sonra prezidentlərin iştirakı ilə Azərbaycanda Rusiya ilinin açılış mərasimi keçirilib. Rusiya prezidenti bildirib ki, bu il tarixən yaxın olan dövlət və xalqların bərabər hüquqlu və qarşılıqlı faydalı əməkdaşlığına yeni təkan verməcək. "Əsrlər boyu rusiyalılar və azərbaycanlılar bir-birlərini anlamaq qabiliyyətinini nümayiş etdirib, özünəməxsus mədəniyyətlərinin mənəvi dəyərlərini qarşılıqlı şəkildə qavrayıb, millətlərarası və dinlərarası münasibətlərdə qarşılıqlı hörmət və tolerantlığı qoruyub saxlayıblar. Biz birlikdə miqyaslı iqtisadi vəzifələri, o cümlədən Xəzərin və Sibirin neft yataqlarının işlənməsində nailiyyətlər əldə etmişik" –deyə cənab Putin bəyan edib. Rusiya prezidentinin fikrincə, iki ölkə arasındakı münasibətlərin müsbət xarakteri - bütün regionda geosiyasi sabitliyin faktorudur. «Burada biz hələ kooperasiyanın yeni səmərəli modellərini, nəinki ikitərəfli əmkdaşlığın, həm də postsovet məkanında inteqrasiya proseslərinin imkanlarından faydalanmağın yollarını axtarmalıyıq". Onun fikrincə, Azərbaycanda Rusiya ili iki ölkə arasında humanitar əməkdaşlığın da inkişafına xidmət edəcək. "Biz vahid humanitar məkanın saxlanılması və möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafında, gənclər mübadiləsi, təhsil və elm sahəsində əlaqələrin inkişafında maraqlyıyıq". Onun sözlərinə görə, Azərbaycanda rus ədəbiyyatına maraq böyükdür. "Düşünürəm ki, bu yaxınlarda keçiriləcək rus kitabının ilk beynəlxalq festivalı Rusiya ilinin ən əlamətdar hadisələrindən biri olacaq", - deyə Putin vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda Rusiya ilinin uğurla keçəcəyini bildirib. Onun fikrincə Rusiyada Azərbaycan ili zamanı siyasi, iqtisadi və humanitar əlaqəlar surətlə inkişaf edib və ikitərəfli munasibətlər strateji partnyorluq səviyyəsinə yüksəlib. Bu gün Azərbaycan Nazirlər Kabinetində baş nazirin birinci müavini Abbas Abbasov və RF-nin sənaye və energetika naziri Viktor Xristenkonun rəhbərliyi altında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın10-cu iclası keçirilib. Cənab Abbasov iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. 2005-cı ilin yekunları üzrə nəinki planlaşdırılan $1 mlrd-a çatan, hətta 2004-cü illə müqayisədə onu 28,7% keçən xarici ticarət həcmləri bunu sübut edir. Onun məlumatına görə, hazırda Azərbaycanda Rusiya kapitallı 400 müəssisə qeydə alınıb, iki ölkə arasında 100-dən artıq hökumətlərarası saziş imzalanıb, 10-dan artıq sənəd işlənmə mərhələsindədir. «Azərbaycan Rusiya regionları ilə də əməkdaşlığı inkişaf etdirir və RF-nin prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri zamanı Stavropol və Sverdlovsk vilayətləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanacaq. Bundan başqa, bu il Azərbaycan-Tatarıstan Hökumətlərarası Komissiyanın 1-ci, Azərbaycan-Moskva Komissiyanının 6-cı iclasının keçirilməsi planlaşdırılır, həmçinin Sankt-Peterburqla hökumətlərarası Komissiyanın tərkibi hazırlanır». Öz növbəsində Viktor Xristenko Azərbaycan iqtisadiyyatının inkişaf templərindən razı qaldığını və Rusiyanın bu məsələdə köməklik göbstərməyə hazır olduğunu bildirib. Nazir kənd təsərrafatı məhsullarının emalı sahəsində və kiçik elektrik stansiyalarında Rusiya texnologiyasının tətbiqi mümkünlüyünü xüsusilə qeyd edib. İclasda Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əlaqələrin hazırki vəziyyəti və perspektivləri, nəqliyyat, rabitə və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional və sərhədyanı əməkdaşlıq, əmlak mübahisələrinin həlli məsələləri müzakirə olunub. İclasın sonunda yekun protokol imzalanıb. Protokolda qeyd olunur ki, Rusiya tərəfi "Russkiy avtobus" müəssəsinin iştirakı ilə Azərbaycanda sərnişin avtobuslarının yığılmasını təşkil edə bilər. Bundan başqa, Rusiya Azərbaycanda 2,5-25 MVt güclü kiçik enerji bloklarının tikintisində maraqlıdır.