Azərbaycanda həbsdə olan jurnalistlərin səhhətində problemlər yaranıb 

Azərbaycanda 8 jurnalist həbsdədir. Onların bir çoxu məhkəmə hökmlərindən sonra müxtəlif həbsxanlara yerləşdirilib. İstintaq prosesi və həbsxana həyatı jurnalistlərin səhhətində müxtəlif problemlər yaradıb.

Reportyorların Azadlığı və Müdafiəsi institutunun bu gün keçirdiyi mətbuat konfransı da jurnalistərin həbsxanada saxlanma vəziyyəti, onların səhhətində yaranmış problemlərə həsr olunub. İnstitutun direktoru Emin Hüseynov bildirib ki, dustaqlıq jurnalistlərin səhhətində ciddi problemlər yaradıb. Ən ağır vəziyyət isə ağzını tikərək bir neçə həftə aclıq etmiş «Noto-Bene» qəzətinin müxbiri Fərəməz Novruzoğlunundur. Cənab Hüseynov jurnalistrəin müayinəsi və müalicəsinin çox pis təşkil edildiyini deyir. Onun sözlərinə görə, hətta həbsdə olan jurnalistlər bahalı dərmalanları öz pulları ilə alır.

«Noto-Bene» qəzetinin redaktoru Sərdar Əlibəyli qəzetin əməkdaşı Fərəməz Novruzoğlunun səhhətinin kritik həddə çatdığını deyib. O jurnalistin 40 kiloqramdan çox arıqladığını bildirib. Hüquq müdafiəçiləri isə jurnalistlərin məsələsinin Avropa Şurasının payız sessiyasının gündəliynə salınması üçün müraciət edəcəklərini bildirib.

Hüquq müdaifəçisi Səidə Qocamanlı jurnalistlərin səhhəti ilə bağlı qaldırılan problemlərin moniorinqinə başlanacağını deyib. Hüquq-müdafiəçisi Novella Cəfəroğlu isə Azərbaycan hökumətinin nüfuzlu beynəlxalq təşkilatların, eyni ilə də ABŞ Dövlət Departamentinin jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı tələblərinə məhəl qoymadığını bildirib. Onun fikrincə, həbsdə olan jurnalistlərin səhhəti ilə bağlı məsələyə diqqəti cəlb etmək üçün jurnalistlər informasiya dərc etməkdən imtina etməli və qəzetlərin birinci səhifəsində onların şəkillərini verməlidir.

Öz növbəsində, Ədliyyə nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib. O «Amerikanın səsi» radiosuna bildirib ki, həbsxanada hər hansı məhbusa qarşı ayrıseçkilik edilmir.