Demokratiya və iqtisadi inkişaf üzrə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən -GUAM təşkilatının terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və cinayətkarlığın digər təhlükəli növləri üzrə işçi qrupunun Bakıda iclası olub. İclasda üzv dövlətlərin daxili işlər nazirlərinin müavinləri, ABŞ Dövlət Departamentinin və Avroatlantik Məsləhət Qrupunun nümayəndələri iştirak edib.
Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, artıq işçi qrupun informasiya-analitik mərkəzinin milli seqmentlər əsasında hüquqi bazası yaradılıb. Onun sözlərinə görə, üzv dövlətlərin birgə fəaliyyət strategiyasının dörd istiqaməti işlənib. Bu beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, insan ticarəti, korrupsiya və çirkli pulların yuyulmasına qarşı birgə mübarizəni nəzərdə tutur.
Nazir müvaini işçi qrupun mütəşşəkili cinayətkarlığa qarşı mübarizə sahəsində uğurlu əməlimyyatlar keçirdiyini bildirib. Qrup həmçinin cinayətkar dəstələr və narkotik qurbanlarının müəyyənləşdirilməsi üçün razılaşdırılmış regional əməliyyatlar da keçirib.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Ceyson Haylandın fikrincə, regionda terrorizm, mütəşəkkil cinayəkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizənin faydalı təşkiili informasiyaların qarşılıqlı mübadiləsindən keçir. "Bunun üçün GUAM ölkələrinin hüquq-mühafizə, gömrük və sərhəd xidmətləri arasında əməkdaşlıq yaranmalıdır. Biz bu əməkdaşlığın mümkün yollarını axtarırıq".
Avroatlantik Məsləhət Qrupunun nümayəndəsi Robert Kin bildirib ki, ABŞ Dövlət Departamenti yaxın illərdə informasiyaların mübadiləsi barədə mühüm irəliləyişlərə nail olunacağına ümid edir. "Biz artıq bu sahədə proqram həyata keçiririk"-deyə o qeyd edib.
Toplantıda digər üzv dövlətlərdə virtual mərkəzlərin yaradılması və informasiya mübadiləsi işinin yaxşılaşdırılması da müzakirə edilib və 2007-ci il üçün fəaliyyət proqrammı təsdiq edilib.
Avroatlantik Məsləhət Qrupunun eksperti Aleksandr Farkaş bildirib ki, 2007-ci ildə üzv dövlətlərin fəaliyyətinin daha da canlandırılması ilə bağlı proqram hazırlanıb. «Avroatlantik Məsləhət Qurupuna daxil olan Rumıniya, Bolqarsıtan, Macarıstan, Litva və ABŞ üzv dövlətəlirn paytaxtlarında virtual infomasiya –analitik mərkəzlərin yaradılmasını dəstəkləir. İlk mərkəz Bakıda yaranıb. GUAM ölkələri hüquq-mühafizə orqanları bu il Azərbaycanın rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində çox yaxşı təcrübə əldə edib».