Layihə rəhbəri ölkədə investisiyaların qorunması sahəsində qanunların ekspertizasının aparıldığını bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq.
Cənab Ağayev Azərbaycan məhkəmələrinin investisiyaların qorunması sahəsində işini fərsiz kimi dəyərləndirib. Ekspert hesab edir ki, hüququ pozulmuş şəxslər beynəlxalq arbitrajlara üz tutur.