Vəkillər müxalifətçi gənclərin həbsini siyasi adlanıdırıb

"Yeni Fikir" Gənclər Birliyinin sədri Ruslan Bəşirlinin, onun müavinləri Səid Nurinin və Ramin Tağıyevin vəkillərinin mətbuat konfransı keçirib. "Yeni Fikir" Gənclər Birliyinin sədri Ruslan Bəşirli avqustun 3-də, onun müavini Səid Nuri sentybarın 12-də, digər müavini Ramin Tağıyev isə sentyabrın 13-də həbs olunub. Hər üçü dövlətin konstitusiyalı qurluşunun devriləmsinə hazırlıqda ittiham olunur. Vəkil Osman Kazımov bildirib ki, Ruslan Bəşirli ilə bağlı aktiv istintaq hərəkətləri aparılmır. O hesab edir ki, Yeni Fikriçilərin həbsi tam siyasi xarakter daşıyır. Vəkil istintaqın Ruslan Bəşirlinin Gürcüstanda, onun müavini Səid Nurinin Polşada keçirilən konfransda iştirak zamanı Azərbaycanda dövlət çevrilişinə hazırlıq görmək ittihamını absurd adlanldırıb. Cənab Kazımovun fikrincə, bu demokratik Polşa və Gürcüstan dövlətlərini hədəfə almaq deməkdir. Səid Nuri talesimyalı xəstədir. O həbsindən bir gün sonra səhhətində ciddi problemlər yarandığından xəstəxanaya köçürülüb. Vəkil Yavər Hüseyn cənab Nurinin səhhətinin indii də ağır olduğunu bildirib. Öz növəbsində Səhiyyə Nazirliyi Hematologiya İnstitutunun direktoru Azad Hacıyev Amerikanın səsi radiosuna Səid Nurinin müalicəsinin daha iki həftə davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, bu qərar həkimlərin məsləhətləşməsindən sonra qəbul edilib.