Ekspert 2008-ci ili Azərbaycanda istehlakçı ili hesab etmir  

Azad Istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov 2008-ci ili istehlakçıların hüquqlarının müdafiəsi baxımından itirilmiş il adlandırıb. Onun fikrincə, il ərzində istehlakçılar istər ərzaq təhlükəsizliyi, istərsə də xidmətlər sahəsində çatışmazlıqlardan əziyyət çəkib.

Ekspert hesab edir ki, elektrik enerjisi, rabitə xidmətləri sahəsində xidmətlər yaxşı olsa da, əhalinin təbii qaz, içməli su, istiliklə təminində ciddi problemlər mövcuddur. İnsanların içməli suya, kanalizasiyaya əl çatımlılığı da yetərincə deyil. Cənab Hüseynov tədqiqatlara əsaslanaraq bildirir ki, ölkədə il ərzində xəstəliklərin 30 faizi keyfiyyətsiz xidmət və ərzaq məhsulları ilə bağlı olub.