Ermənistan prezidentinin İran səfəri Azərbaycana qarşı yönəlib


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan prezidentinin İrana səfərinin regionda sabitliyə xidmət etmədiyini bildirib. Onun fikrincə, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və bu bir növ Azərbaycana qarşı yönəlib.
Politoloq eyni zamanda iki dövlət arasında çoxsaylı iqtisadi sənədlər imzalanmasına baxmayaraq həyata keçirilən tutumlu layihələr yoxdur. Cənab Şahinoğlu həmçinin indiki böhran dövründə İranın Ermənistana dəyəri bir milyard olacaq dəmir yolu xətti çəkməsinin real görünmədiyini deyib.