Azərbaycanda məcburi əməyə cəlb ilə bağlı monitorinq aparılıb

Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda məcburi əmək və insan alverinə qarşı mübarizə layihəsinin rəhbəri Elnur Nəsibov hesab edir ki, Azərbaycanda məcburi əməklə bağlı məlumat qıtlığı var. Onun fikrincə, bu sahədə statistik rəqəmlərlə beynəlxalq monitorinqlərin nəticələri arasında fərqlər var.

“Rəsmi rəqəmlərə görə, ötən il və bu il ölkədə cəmi 3 məcburi əməyə cəlb etmə faktı müəyyən edilib. Ancaq medianın, qeyri hökumət təşkilatlarının məlumatları və beynəlxalq monitorinqlərin nəticələrinə görə, bu rəqəmlər daha çoxdur. Hətta Azərbaycanın regionlarında Pakistandan, Əfqanıstandan gələn insanların məcburi əməyə cəlb etmə halları qeydə alınıb”.

Ekspert Rusiyada işləyən transmilli şirkətlərdə də Azərbaycan vətəndaşlarının məcburi əməyə cəlb edildiyini bildirir.