Azərbaycanın iqtidar partiyasının sədr müavini sabiq nazirin ittihamlarını əsassız sayır

"Əli İnsanov məhkəmə prosesini siyasi bəyanatlar üçün arenaya çevirib. Onun son sözü bütün çıxışları kimi yalan və böhtanlardan ibarət idi". Hakim "Yeni Azərbaycan" partiyasının sədr müavini Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun onun işi üzrə bugünkü məhkəmə prosesində çıxışını belə şərh edib. Cənab Əhmədov deyib ki, "Öz təqsirsizliyini sübut etmək əvəzinə Əli İnsanov hamını və hər şeyi ittiham edib, bu isə onun günahının daha bir təsdiqidir". O Heydər Əliyevin komada olduğu və İlham Əliyevi baş nazir qoya bilmədiyi üçün onun hakimiyyəti qəsb etdiyi haqqında iddiasını "sayıqlama" adlandırıb. Ə.Əhmədov İnsanovu İlham Əliyevin 2003-cü ilin avqustunda baş nazir seçildiyi vaxt zalda olduğunu və bu qərarı alqışladığını xatırladaraq, onu "sünilikdə" günahlandırıb