Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi davam edir

Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə 4 və 19 regional şöbəsi yaradılır. Bu barədə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, son üç ayda dövlət əmlakının icarəsindən dövlət büdəsinə 718 min yeni manat daxil olub ki, bu da proqnozlaşdırılandan 33% çoxdur Komitə sədri ümumilikdə büdcəyə özəlləşdirmədən 206 mln., dövlət əmlakının icarəyə verilməsindən isə 22,7 mln. yeni manat daxil olduğunu deyib. O dövlət başçısının sərəncamı ilə artıq 9 kiçik su elektrik stansiyalarının da özəlləşdirməyə çıxarıldığını bildirib. Cənab Həsənov dövlət müəssisələrinə məxsus torpaq sahələrinin özəlləşdirilməsi sahəsində də işlər görüldüyünü deyib. Onun sözlərinə görə, bu il 80 dövlət müəsisəsinin torpaq sahələri özələşdirlib. Özəlləşdirmə nəticəsində ölkədə 10 mindən artıq yeni iş yeri açılıb və 200 milyon ABŞ dolları investisiya cəlb olunub. Kömitə sədri bir çox hallarda dövlət əmlakının yerləşdiyi torpaq sahəlirinin zəbt olunması halları ilə üzləşdiyini də diqqətə çatdırıb. Cənab Həsənovun sözlərinə görə, dövlət əmlakının reyestri sahəsində də işlər davam etdirilir. Belə ki, komitəyə dövlət müəssisələrindən 13 mindən çox müraciət daxil olub.