Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini icma nümayəndələrinin iştirakı ilə görüş-müşavirə keçirib. Tədbirdə müsəlman, yəhudi, rus pravoslav, Roma-katolik və başqa dini icmaların təmislçiləri, din xadimləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, indiydək 321 islam, 31 qeyri-islami təmayüllü dini icma dövlət qeydiyyatından keçib. Qeydiyyatdan keçmiş dini icmaların 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhayiliyi, 1-i krişnalığı təmsil edir.
Onun sözlərinə görə, əhalinin 96 faizi müsəlman olsa da Bakıda 3, Gəncədə 1, Xaçmazda 1 rus Pravoslav kilsəsi, Sumqayıtda bir ibadət evi fəaliyyət göstərir. Bakıda Roma-katolik kilsəsi inşa edilir və Bakıda 3, Oğuzda 1, Qubada 1 sinaqoq var. Dövlət Komitəsinin sədri dövlət vəsaiti hesabına bir sıra dini məbədlərdə yenidənqurma işləri aparıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Hazırda Təzə Pir, Əjdərbəy, Bibiheybət məscidlərində bərpa və tikinti işləri aparılır.
Cənab Orucov Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü, dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O tənqidi fikirlərdən də çəkinməyib və ölkədə dini maarifçiliyin aşağı səviyyədə olduğunu deyib. Cənab Orucov eyni zamanda, Azərbaycanda milli–mənəvi dəyərlərə uyğun gəlməyən, radikallığı yayan dini icmaların mövcudluğunu da etiraf edib. Komitə sədri belə dini icmaların «Vicdan ahzadlığı hazında» qanunu, insan hüquq və azadlığı haqqında beynəlxalq sənədlərdən irəli gələn tələbləri gobudcasına pozduğunu bildirib. Cənab Orucov bu icmaların adını çəkməsə də onların yeni yaranmış qeyri-ənənəvi xristian və müsəlman təmayüllü olduğunu deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mövcud problemlərin aradan qaldırılacağına inanır. O dini tolerantlığı Azərbaycanın böyük sərvəti adlandırıb.
Dağ Yəhudiləri dini icmasının rəhbəri Semyon İxilov Azərbaycanda dini tollerantlıtğın çoxlarını təəccübləndirdiyini deyib. Onun sözlərinə görə, bir çox alimlər ölkədə tolerantlığın yaranmasına səbəb olan faktorları öyrənməyə çalışır. «Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətiir. Yüz illər ərzində Azərbaycanda dini məzmunda qarşıdurma qeydə alınmayıb. Bunasəbəb isə dini icmaların qardaşlıq ailəsində yaşaması, dövlət din münasibətlərinin şəffaflığıdır. Ölkə vətəndaşlarının dözümlülüyü də başlıca şərtlərdən biridir».
İlahiyyatçı alim Vasim Məmmədəlyiev dini tolerantlığın yaranmasının əsas səbəbini Azərbaycan xalıqının dini siyasətə alət etmək istəyinin olmamasında görür.