ABŞ-ın Azərbaycandakı səfiri Enn Desri Barak Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaffın Bakıya ABŞ prezidentinin xüsusi missiyası ilə gəlməsi barədə xəbərləri təkzib edib. Onun fikrincə, cənab Plaff Azərbaycana sadə bir amerika vətəndaşı kimi gəlib. “Bu söz-söhbət səviyyəsində olan bir spikuliyasiyadır. Devid Plaff vaxtı ilə prezident Barak Obamanın seçki kampaniyasının idarəçisi olub. Hazırda isəsadə vətəndaşdır. Azərbaycana da özəl bir vətəndaş kimi səfər edib. Təbii ki, onun səfəri Amerikatərəfindən əlaqələndirilib. Lakin burada hər hansı məxfi missiya daşıyan xüsusiyyət yoxdur.”
Eyni zamanda, o qeyd edib ki, Devid Plaffın səfərinin məqsədi demokratiyanın inkişaf etdirilməsi, seçki kampaniyasında vətəndaşların rolunun artırılması, səsvermədə ən yeni texnologiyaların tətbiqi ilə bağlıdır.
Səfir ABŞ-ın Beynəlxalq Yayım Şurasının nümayəndələrinin Bakıda “Amerikanın səsi” və “Azadlıq” radiolarının verilişlərini Azərbaycanda yayımlanması ilə bağlı “səmərəli” danışıqlar apardığını da deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, Amerika Beynəlxalq Yayım Şurası beynəlxalq və dövlətlər arası Saziş layihəsi təqdim edib.“Düşünürəm ki, müzakirələr məhsuldar olub. Müzakirələrdə
Azərbaycan hökumətinin təklif etdiyi kimi beynəlxalq və ikitərəfli sazişin
ilkin versiyası hazırlanaraq Azərbaycan tərəfinə təqdim edilib. Bu ilkin
versiyada radioların öncə olduğu kimi fəaliyyətinin bərpasını nəzərdə tutan
məqam var. Sazişin ilkin variantında Azərbaycan yayımçılarına çox gözəl və
mükəmməl imkanlar verilir. Bu Amerikada həm FM, həm də digər tezliklərdə yayımlarını
aparmaq imkanıdır. Həqiqətən, Azərbaycan yayımçılarının Amerika məkanında Azərbaycan
və İngilis dillərində yayım həyata
keçirmək fikri məni məmnun edir. Azərbaycan yayımçılarının ABŞ media mühitində
fəaliyyət göstərməsi ABŞ media mühitinin zənginləşdirilməsidir. Amerika
vətəndaşlarının Azərbaycan barədə müfəssəl məlumat almasına kömək edər. Biz
hazırda təkliflərimizə hökumətin reaksiyasını gözləyirik. Bu istiqamətdə böyük
əzmkarlıq göstərərək fəaliyyətimizi davam etdirəcəyik. Məsələnin Azərbaycan və
ABŞ qanunvericiliyinə uyğun müsbət və konstruktiv həllinə böyük ümidlər
bəsləyirik”-deyə o qeyd edib.