Maliyyə böhranı Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinə təsir edir

Gürcüstan İctimai Araşdırmalar institutunun məzunu Mübariz Rəhimli maliyyə böhranının Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinin zəifləməsinə təsir etdiyini bildirib. Onun dediyinə görə, Azərbaycan Gürcüstana investisiya qoyan birinci dövlətdir. Azərbaycan Dövlət Neft Şirkəti ötən il Gürcüstanda “ilin şirkəti” seçilib. Bununla yanaşı, böhran ixrac-idxala təsirini göstərib. Belə ki, Gürcüstandan Azərbaycana sement ixracı azalıb. Gürcüstanda işləyən Azərbaycanın bir sıra tikinti şirkətləri böhrana görə fəaliyyətini dayandırıb.