AMİP-in bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Lakin çoxsaylı polis piketçilərin səfirliyin binasına yaxnlaşmasına imkan verməyib, plakatlarını alıb. Bir neçə aksiya iştirakçısı saxlanıb.
AMİP sədrinin müavini Əli Orucov bildirib ki, piket İranda yaşayan çoxmilyonlu azərbaycanlılara qarşı ayrıseçkilik siyasətinə son qoyulması, mədəni hüquqlar uğrunda mübarizlərə dəstək məqsədi daşıyır.
Piketin qətnaməsində də Tehran rejimindən şovinist siyasətə son qoymaq, milli hərəkatın həbs edilmiş fəallarını azad etmək, Cənubi Azərbaycan türklərinin İran konstitusiyasında və beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarını tanımaq tələb olunur.