Müsavat partiyası İranda etnik azlıqların hüquqlarının pozulmasına etiraz edir

“Müsavat” partiyasının bir qrup fəalı İranda etnik azlıqların hüquqlarının pozulmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib.
Polis piketə cəhdin qarşısını alıb və etirazçıları səfirliyin binasından uzaqlaşdırıb. Bununla belə, müsavatçılar səfirliyin yaxınlığında yerləşən Mirzə Fətəli Axundov bağında aksiya keçirib.
”Müsavat” Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılı bildirib ki, müxalifət həmişə İran azərbaycanlılarının öz hüquqları uğrunda mübarizəsini dəstəkləyəcək.
Aksiya iştirakçıları üzərində “Azərbaycanın suverenliyinə olan təhlükələrə son qoyulsun”, “Cənubi azərbaycanlıların hüquqları təmin edilsin” şüarları yazılmış plakatlar qaldırıb.