Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

İyunun 10-da Sankt–Peterburqda, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev vəTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olub. AzərTAC Dövlət Agentiliyinin məlumatına görə, görüşdə fəal əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər bildirib ki, Azərbaycan-Türkmənistan əlaqələrinin genişlənməsi ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanmasına təkan verəcəkdir. Dövlət başçıları vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq təkcə iqtisadi-ticarət sahəsində yox, digər sahələrdə də inkişaf etdirilməlidir. Görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Türkmənitsan bir neçə il öncə Azərbaycanda bağladığı səfirliyinin fəaliyyətini yenidən bərpa edəcək və hazırda ikitərəfli əlaqələrin inikşafı üçün çalışacaq hökumətlərarası komissiya formalaşdırılır.