Azərbaycan və Türkmənistan Xəzərin dibinin orta xətt prinsipi ilə bölünməsi üzrə danışıqlar aparıb

Sentyabrın 25-dən 27-dək Bakıda Azərbaycan və Türkmənistanın ekspert qruplarının Xəzərin dibinin orta xətt prinsipi ilə bölünməsi üzrə növbəti iclası keçirilib. Görüşə Azərbaycan xariji işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistan xariji işlər nazirinin müavini Xoşgəldi Babayev sədrlik edib. Xarici işlər nazirinin müavini Xələf Xələfov «Amerikanın səsi» radiosuna bildirib ki, iclas zamanı dəniz dibinin bölünməsi üzrə orta xətt koordinatlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi apırılıb və «tərəflərin mövqelərinin uyğunlaşdırılmasına yönələn ümumi yanaşmalar" müəyyənləşdirilib.