Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalları İrana etiraz edir

AXCP onlarla fəalı İranda son zamanlar baş verənlərə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis səfirliyin qarşısına buraxmasa da etirazçılar sözlərini diplomatik idarəinin yaxınlığındakı Axundov bağında deyə bilib. Polislə qarşıdurma nəticəsində ondan çox fəal saxlanıb. İran səfirliyi piketin qətnaməsini qəbul etmədiyindən sənədi AXCP-nin mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu jurnalistlərin diqqətinə çatdırıb. Öz növbəsində, polis saxlanan və xəsarət alanların olmadığın bildirib. Səbael rayon polis idarəsinin rəis müavini Kamal Vəlişov Amerikanın səsi radiosuna etirazçıların sadəcə hadisə yerindən uzaqlaşdırıldığını deyib.