ATƏT-in Demokratik Təsisatlar və insan haqları bürosu Azərbaycanda 6 noyabr 2005-ci il parlament seçkilərinin nəticələrinə dair yekun hesabatını açıqlayıb. 33 səhifəlik sənəd seçkiöncəsi, seçki günü və seçkidən sonrakı dövrün ətraflı təhlilini verir. АТƏТ Azərbaycan hakimiyyətinə 30 tövsiyə verir. Sənəddə deyilir ki, hakimiyyət icra hakimiyyətinin seçki komissiyalarının, seçki kampaniyasının gedişinə müdaxilə təcrübəsini aradan qaldırmalıdır. Seçki məcəlləsi elə dəyişməlidir ki, MSK-nın və komissiyaların daha aşağı vəsilələri ictimaiyyətdə inam oyada bilsin. «Sərbəst toplaşmaq haqqında» qanun və «Сeçki мəcəlləsi» elə dəyişməlidir ki, seçki kampaniyası dövründə mitinq keçirilməсilə bağlı qərar qəbul edən yerli orqanların səlahiyyətlərini məhdudlaşdıra bilsin. «Seçki Мəcəlləsi» elə dəyişməlidir ki, seçici vəsiqələrindən istifadə etmədən barmaqların mürəkkəbləşməsi yetərli olsun. Deputatlığa namizədlərin statusunun gücləndirilməsi və onların qeydiyyatlarının ləğvi imkanlarının məhdudlaşdırılması zəruridir. Son illərdə vətəndaşlara verilmiş şəxsiyyət vəsiqələri əsasında seçici siyahılarının yeniləşdirilməsi vacibdir. Hərbi qulluqçuların ümumi seçki məntəqələrində səs verməsini təmin etmək zəruridir. İstisna hallarda hərbi obyektlərdə seçki məntəqələri yaradıldıqda bunları mülki şəxslər idarə etməlidir. MSK öz fəaliyyətinə aid olan təlimatlara yenidən baxmalıdır. MSK-nın iclaslarında müzakirə edilən məsələlər üzrə bütün zəruri sənədlər və onların surətləri müşahidəçi və jurnalistlərə verilməlidir. Dairələr üzrə seçkilərin nəticələrinə dair protokollar müşahidəçilərə, siyasi partiyaların təmsilçilərinə təqdim olunmalı və dərhal internetə qoyulmalıdır. Saxtalaşdırmalar barədə MSK məlumat aldığı halda dairə seçki komissiyalarından səslərin yenidən hesablanmasını tələb etməlidir. Polis dinc aksiyaları dağıtmamalıdır. Mitnqlər və yığıncaqlar başlayana qədər şəxslərin həbsi yolverilməzdir. Cəmiyyəti siyasi proseslər barədə balanslaşdırılmış informasiya ilə təmin etmək üçün tərəfsiz redaksiya siyasəti yürütmək də daxil olmaqla İTV-nin gücləndirilməsi zəruridir. Az.TV-nin müstəqil ictimai media xidmətinə çevrilməsi məsələsinə baxılmalıdır. Milli Teleradio Şurası ilə əməkdaşlıq edən MSK partiyaların və namizədlərin fəaliyyətlərinin plüralizm şəraitində işıqlandırılması, və pozuculara qarşı təxirəsalınmaz və səmərəli tədbirlərin qəbul edilməsi də daxil olmaqla «Seçki Мəcəlləsi»nin mediaya aid hissəsinin yerinə yetirilməsini təmin etməlidir. Milli Teleradio Şurasının bitərəfliyini təmin etmək üçün onun üzvləriни prezident təyin edə bilməz. Şuraya üzvlük elə olmalıdır ki, onun tərkibi media-peşəkarların, vətəndaş cəmiyyətinin, hüquqi qurumların, hökumət və partiyaların dərin inamını qazınmış olsun. Şura Media mülkiyyətçilərinin dairəsini genişləndirmək üçün yeni xüsusi telekampaniyalara lisenziya verilməsində bitrəfliyi və şəffaflığı təmin etməlidir. Jurnalistlərə münasibətdə yol verilmiş bütün zoraklıqlar araşdırılmalı və günahkar olan bütün şəxslər cəzalandırılmalıdır. Ailəvi səsvermə faktlarının qarşısını almaq üçün seçki komissiyaları seçicilərlə işi gücəlndirməlidиr.